“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib.
Trend-in məlumatına görə, layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 30 679 646,4 min manat, xərcləri 32 064 568,0 min manat məbləğində olmaqla qəbul edilib.