Xəzər Xəbər

Qlobal enerji arenasında Azərbaycanın rolu etibarlı enerji partnyoru kimi vacibdir Rişi Sunak

Gündəm | 11:46 • 31 May 2023
Qlobal enerji arenasında Azərbaycanın rolu etibarlı enerji partnyoru kimi vacibdir

Böyük Britaniya Baş naziri Rişi Sunakın Bakı Enerji Həftəsinin iştirakçılarına məktubu oxunub.

xəbər verir ki, məktubu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson oxuyub.

Məktubda deyilir:

“Hörmətli Prezident Əliyev,

Bakı Enerji Həftəsində Sizə uğurlar arzulayıram. İqlim dəyişikliyinin yaratdığı problemlərlə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlədiyimiz bir zamanda Bakı Enerji Həftəsi beynəlxalq fikir adamlarını bir yerə toplayır. Bu həm ictimai, həm də özəl sektordan olan fikir adamlarıdır.

Qlobal enerji arenasında Azərbaycanın rolu etibarlı enerji partnyoru kimi vacibdir. Azərbaycanın Avropaya təbii qaz ixracının artırılması istiqamətində sadiqliyi - 2027-ci ilə qədər 20 mlrd. kub metrə qədər çatdırılması artıq Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Enerji resurslarının şaxələndirilməsi Rusiyanın enerjidən geosiyasi silah kimi istifadə etməsinin qarşısını alır. Mən həmçinin Azərbaycanın bərpa olunan böyük enerji potensialının istifadəsi istiqamətində sizin səylərinizi alqışlayıram. Enerji keçidi istiqamətində sizin avropalı tərəfdaşlarla əməkdaşlıq planınız bu keçid prosesində vacib olacaq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində yaradılan Yaşıl Enerji Məşvərət Şurası və Qara dəniz vasitəsilə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi təşəbbüsü gələcək vəd edir. Son illər ərzində BB Azərbaycanın yaşıl enerjiyə keçidini dəstəkləyib. Bu, potensialın formalaşdırılması və yaşıl enerji ilə bağlı məlumatlılığın artırılması proqramı çərçivəsində imzalanıb. Bu təşəbbüslər yalnız Azərbaycanın enerji dayanıqlığına töhfə vermir, həmçinin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlıq yaradır. Fürsətdən istifadə edərək bir daha BB-nı Azərbaycanla və beynəlxalq tərəfdaşlarla təmiz enerjiyə keçid prosesinə sürətləndirməkdə sadiqliyini vurğulamaq istəyirəm.

Mən ümid edirəm ki, Bakı Enerji Həftəsi çox böyük uğur olacaq”.

 

Xəbər lenti

Çox oxunanlar