Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib.
Xezerxeber.az xəbər verir ki, separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər ölən şəxsin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar.
Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan “VAZ 21-06” və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib.