Xəzər Xəbər

Paşinyan Moskvada keçirilən müzakirələrdən gileylənib AÇIQLAMA

Gündəm | 12:48 • 29 May 2023
Paşinyan Moskvada keçirilən müzakirələrdən gileylənib

Ermənistanın baş naziri Nikol Paşinyan Laçın dəhlizi ilə bağlı Moskvada keçirilən müzakirələrdən gileylənib.

Xezerxeber.az “sputnik armenia”a istinadən bildirir ki, o bunu parlamentdə 2022-ci il büdcəsinin icrası ilə bağlı keçirilən dinləmələrdə deyib.

Ermənistanın baş naziri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə üçtərəfli görüşdə Qarabağdakı vəziyyət və Laçın dəhlizi müzakirə mövzularından biri olub:

“Nəticələrin qənaətbəxş olduğunu deyə bilmərəm. Bu, ağrılı vəziyyətdir, mən artıq demişəm ki, “dəhlizin bağlanması” Rusiya sülhməramlılarının iştirakı və gözü qarşısında baş verib. Biz bu vəziyyəti həll etmək üçün həmkarlarımızla müzakirələri davam etdirəcəyik”, - Paşinyan bildirib.

"Biz kommunikasiyaların açılmasında qərarlıyıq və maraqlıyıq. Lakin biz suverenlik prinsipini əsas götürürük", - Ermənistanın baş naziri deyib.

Baş nazir əlavə edib ki, Moskvada dəmir yolu infrastrukturunun açılması məsələsi də müzakirə olunub. Onun fikrincə, bütün kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatının inkişafına təkan verəcək.

Qeyd edək ki, Nikol Paşinyanla İlham Əliyev arasında növbəti görüş iyunun 1-də Kişinyovda planlaşdırılır. Liderlər Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşəcəklər.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024