Xəzər Xəbər

Əminəm ki, gələcəkdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik İsveçrə Prezidenti

Gündəm | 17:06 • 26 May 2023
Əminəm ki, gələcəkdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Xezerxeber.az-ın məlumatına görə, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

"Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik".

Xəbər lenti