Xəzər Xəbər

Prezident Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayırıb

Gündəm | 14:00 • 26 May 2023
Prezident Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayırıb

Prezident İlham Əliyev Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb. 

 

Xəbər lenti

Çox oxunanlar