Xəzər Xəbər

Metyu Offord: Minalar ölkələrin inkişafına ciddi mane törədir

Gündəm | 13:15 • 26 May 2023
Metyu Offord: Minalar ölkələrin inkişafına ciddi mane törədir

Minalar ölkələrin inkişafına ciddi mane törədir.

Xezerxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransın panel müzakirəsində çıxışı zamanı Böyük Britaniya Parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord deyib.

M.Offord Vyetnamda, Kambocada olan mina təhlükəsini nümunə gətirərək bildirib ki, bu problem illər ərzində həmin ölkələrin inkişafına ciddi mane olub: “Ona görə də, haqlı olaraq minaların təmizlənməsi dayanıqlı inkişaf məqsədlərindən biridir. Eyni zamanda, bu proses böyük maliyyə vəsaiti tələb edir. Mən təqdir edirəm ki, Azərbaycan hökuməti bu məsələni milli prioritetə çevirib. Ölkənin tərəqqisi üçün minaların təmizlənməsi vacibdir. Azərbaycanın təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Mən inanıram ki, Ukrayna minaların təmizlənməsi ilə bağlı Azərbaycanın yol xəritəsindən nümunə götürəcək".

O diqqətə çatdırıb ki, digər əsas hədəf minalardan təmizlənmiş ərazilərin işlədilməsidir, bu ərazilərdən faydalanmaqdır: “Bizlər bu problemi həll etməli, gələcək nəsillər üçün saxlamamalıyıq”.

Xəbər lenti

Çox oxunanlar