Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirak edəcəyini açıqlayıb.
Xezerxeber.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
"Əsas məqam budur ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ilk dəfə olaraq görüşdə xüsusi qonaq qismində iştirak edəcək", - Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan lideri Emoməli Rəhmon da videobağlantı vasitəsilə iclasa qoşulacaqlar.