Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Xezerxeber.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
"Bütün dövlətlərin və xalqların rifahı, habelə Cənubi Qafqaz regionunun insan və iqtisadi potensialının inkişafı üçün davamlı sülh, təhlükəsizlik və sabitlik xüsusi önəm kəsb edir. Mən əminəm ki, Azərbaycan buna əhəmiyyətli dərəcədə töhfə verə bilər."
Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, Sizə əmin-amanlıq, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcəklə bağlı ən gözəl arzularımı çatdırıram".