Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in “Twitter“ səhifəsində paylaşım edilib.
XİN, həmçinin səfirliyin mühafizə xidmətinin rəhbərinin vəfatı ilə əlaqədar Qırğızıstanın Azərbaycana başsağlığını bildirib.
“Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq” – XİN-in məlumatında qeyd olunub.