Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.
“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü hücumu qətiyyətlə pisləyir. Hücum nəticəsində səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları arasında həlak olan və yaralananlar var. Mərhumun yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə Nikolenko qeyd edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.