Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrandakı səfirliyimizə olan silahlı hücumla bağlı tviterdə paylaşım edib.
Xezerxeber.az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır".