Xəzər Xəbər

Son iki ildə Azərbaycanın diplomatik missiyasına 5 dəfə hücum edilib

Gündəm | 13:33 • 27 Yanvar 2023
Son iki ildə Azərbaycanın diplomatik missiyasına 5 dəfə hücum edilib

Bu gün saat 8:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər azərbaycanlı təhlükəsizlik əməkdaşı həlak olub, iki nəfər xəsarət alıb.

Bu, son iki ildə Azərbaycanın diplomatik missiyasına edilmiş sayca 5-ci hücumdur. Bunlardan birincisi İrana bağlı dini qruplaşma tərəfindən Londonda, 2 hücum radikal ermənilər tərəfindən Parisdə və növbətisi yenə ermənilər tərəfindən Beyrutda törədilib.

Xezerxeber.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia etsələr də, yenə də buna görə məsuliyyət daşıyırlar. Azərbaycana qarşı İranda əks təbliğat kampaniyasından və daha əvvəl Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsi üçün tədbirləri daha da gücləndirməli idi. Bu iranlılar və ermənilər tərəfindən Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı digər ölkələrə də aiddir.

Xəbər lenti

Çox oxunanlar