Xəzər Xəbər

Prezident İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar paylaşım edib

Gündəm | 12:53 • 27 Yanvar 2023
Prezident İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.

 

Xəbər lenti

Çox oxunanlar