Xəzər Xəbər

“İran buna cavab verməlidir” - Süleymani səfirliyə hücumdan danışdı

Gündəm | 11:47 • 27 Yanvar 2023
“İran buna cavab verməlidir” - Süleymani səfirliyə hücumdan danışdı

“İranda Azərbaycan səfirliyinə hücum edilməsi haqda xəbəri yeni oxudum. Detallar haqqında məlumatım yoxdur. Bildiyim odur ki, bir nəfər vəfat edib, bir nəfər yaralanıb. Bu, çox pis hadisədir”.

Xezerxeber.az xəbər verir ki, bunu "Teleqraf.com"a İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.

Keçmiş səfir əlavə edib ki, İran dövləti buna cavabdeh olmalıdır:

“Səfirliyə hücum etmək ən pis işlərdən sayılır, terror hadisəsidir”.

Xəbər lenti