Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkə vasitəsilə Türkiyəni 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi paylaşım edib.
"Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Türkiyə-Azərbaycan münasibətləri əzəli və əbədidir. Qardaş və dost ölkə Türkiyəmiz, Zəfər bayramını təbrik edirik!",-deyə paylaşımda qeyd edilib.