Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
DTX-nin Mətbuat xidmətindən bildiriblər ki, tədbir çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına baxıblar.