Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.
Telefon danışığı zamanı tərəflər Rusiya ilə Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bir-birini təbrik edib.
Bundan başqa, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında da müzakirələr aparılıb.