Xəzər Xəbər

Küveytin xarici işlər naziri Azərbaycanın səfirini qəbul edib

Gündəm | 14:33 • 29 Avqust 2022
Küveytin xarici işlər naziri Azərbaycanın səfirini qəbul edib

Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasser Al-Muhammed Al-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Küveytli nazir Küveyt-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, iki dost ölkənin beynəlxalq təşkilatlarda və ikitərəfli formatda uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. O, bu əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfir E.Qəhrəmana təşəkkürünü bildirib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar