Qarabağda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanın öz ərazilərini beynəlxalq hüquq çərçivəsində işğaldan azad etməsi, eyni zamanda, bölgənin sürətlə bərpa olunması, buraya böyük investisiyanın yatırılması bizi çox sevindirir.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın ölkəmizdəki yeni səfiri Adis Alagiç söyləyib.
Bugünkü konfrans barədə fikirlərini bölüşən A.Alagiç bildirib ki, tədbir xarici diplomatlara burada baş verənlərin çatdırılması üçün çox mühüm olub: Konfransda ölkəmiz üçün çox böyük təcrübələri əldə etmək imkanımız oldu. Burada sülhün təmin olunması üçün nə qədər ciddi işlər görüldüyünü müşahidə etdik. Biz Azərbaycanı hər zaman dəstəkləyirik. Yolunuz açıq olsun”, - deyə diplomat qeyd edib.
Bosniya və Herseqovina xalqının salamlarını Azərbaycan xalqına çatdıran səfir ölkələrimizin ortaq tarixi, ortaq mədəniyyəti, ortaq acıları və eyni zamanda, gələcəyə ortaq baxışının olduğunu vurğulayıb.