Xəzər Xəbər

Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır

Gündəm | 14:48 • 27 Avqust 2022
Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır

Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Bunun da irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, burada asanlaşdırıcı tərəflərə ehtiyac var. Hazırda Avropa İttifaqı, həmçinin Rusiya tərəfindən ikitərəfli əsaslarda müəyyən cəhdlər göstərilir və Azərbaycan bunda maraqlıdır.

Prezidentin köməkçisi deyib ki, indiki halda gündəlikdə duran əsas məsələlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və minalar problemləridir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir.

Xəbər lenti

Çox oxunanlar