Azərbaycan Ordusunun silahlanmasına bir çox yeni mobil rabitə kompleksləri daxil edilib. Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin baş idarə rəisi general-mayor Məmməd Eminov deyib.
General bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri də müasir radiostansiyalarla əvəzlənir. Onun sözlərinə görə, cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır.