Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu göndərib.
Xezerxeber.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycan ilə Moldova arasındakı münasibətlər bu gün uğurla inkişaf edir. Ötən dövr ərzində siyasi dialoqumuz və müxtəlif sahələrdə əməkdaşlığımız genişlənmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.
İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".