Xəzər Xəbər

BMqT 274 Azərbaycan vətəndaşına reinteqrasiya yardımı göstərib FOTO

Gündəm | 14:10 • 24 Avqust 2022
BMqT 274 Azərbaycan vətəndaşına reinteqrasiya yardımı göstərib

Cari ilin birinci yarısında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 274 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.

Təşkilatdan verilən xəbərə görə, BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam edib. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir. Qeyd edilib ki, 2022-ci ilin ilk 6 ayı ərzində ərzində BMqT-nin dəstəyi ilə 406 nəfər könüllü olaraq ölkəyə qayıdıb. KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilmiş, bunun nəticəsi olaraq son altı ayda ümumilikdə 274 nəfər nağd yardımla təmin olunub. Həmçinin bu şəxslərdən 194 nəfəri isə nağd yardımla yanaşı eyni zamanda əlavə qeyri-nağd yardım da əldə edib.

Xəbər lenti

Çox oxunanlar