Xəzər Xəbər

Boşanmaq istəyənlər nəzərinə - Nikah müqaviləsinin məzmunu dəyişir

Gündəm | 09:28 • 23 İyun 2021
Boşanmaq istəyənlər nəzərinə - Nikah müqaviləsinin məzmunu dəyişir

Nikah müqaviləsi və onun məzmunu dəyişir.

Bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər.

Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.///apa

Xəbər lenti

Çox oxunanlar