Xəzər Xəbər

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

Dünya | 09:05 • 13 Aprel 2025
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

ABŞ qüvvələri Yəmənin cənub-qərbində Əl-Bayda əyalətinə zərbələr endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Ənsar Allah” husi üsyançılarının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Amerikanın aviazərbəsinin hədəfi təhsil müəssisəsinin ərazisində yerləşən husilərin silah anbarları olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Telekanal xəbər verir ki, şənbə günü axşamdan etibarən ABŞ Yəmənin üç vilayətində hədəfləri atəşə tutur. Əl-Ərəbiyyə-nin məlumatına görə, ABŞ hərbçiləri Əl-Bayda bölgəsindəki “Ənsar Allah” hərbi düşərgəsinə də hücum edib. Bundan əlavə, hərbi hava qüvvələri Əl-Hodeyda əyalətində üsyançıların mövqelərinə iki, Saada vilayətində üsyançıların silah saxlamaq üçün istifadə etdikləri anbarlara üç zərbə endirib.

Xəbər lenti