Çin ticarət və rüsum müharibəsindən geri çəkilməyəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien qurumun gündəlik brifinqində deyib.
Lin Cien ABŞ-nin Çin mallarına olan idxal rüsumlarını artırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib: “Çin ticarət və tarif müharibələri aparmaq istəmir, lakin bu müharibədən geri çəkilməyəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq olunan idxal rüsumlarını aprelin 9-dan 125 faizə qaldırıb.