Xəzər Xəbər

Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib

Dünya | 09:17 • 10 Aprel 2025
Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəltdiyini açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, o yeni tarifin dərhal qüvvəyə minəcəyini bildirib.

Tramp bu addımı Çinin dünya bazarlarına hörmətsizlik etməsini əsas gətirərək atdığını bəyan edib.

“Yaxın gələcəkdə Çin başa düşəcək ki, ABŞ-ni və digər ölkələri talamaq artıq dayanıqlı və ya qəbuledilən deyil”,- deyə Tramp əlavə edib.

Xəbər lenti