Xəzər Xəbər

ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb

Dünya | 08:55 • 10 Aprel 2025
ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb

ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə tarif tətbiqinə 90 günlük fasilə verib.

Xezerxeber.az-ın məlumatına görə, o, qərarın dərhal qüvvəyə mindiyini bildirib.

Tramp deyib ki, bu ölkələr ABŞ-nin nümayəndələrini, o cümlədən Ticarət və Xəzinədarlıq Departamentlərini və ABŞ Ticarət Nümayəndəliyini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirəyə çağırıb.

ABŞ Prezidentinin sözlərinə görə, onun rüsum tətbiqi ilə bağlı qərarlarına baxmayaraq həmin ölkələr ABŞ-yə qarşı cavab tarifi tətbiq etməyib. Bu səbəbdən Tramp həmin ölkələrə tarif tətbiqini 3 ay dayandırıb və tariflərin 10 faiz azaldılması barədə qərar verib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar