Xəzər Xəbər

Türkiyədə yol qəzasında 4 nəfər həlak olub

Dünya | 19:00 • 5 Aprel 2025
Türkiyədə yol qəzasında 4 nəfər həlak olub

Türkiyədə ağır yol qəzası nəticəsində 4 nəfər ölüb.

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Pendik rayonunda baş verib.

 "Hyundai" markalı avtomobil qarşısında hərəkətdə olan yük maşınına çırpılıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 4 nəfər həyatını itirib.

Faktla bağlı yerli istintaq orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti