ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən digər ölkələrin məhsullarına qarşı tətbiq olunan tarifləri amerikalıların əksəriyyəti dəstəkləmir.
Xezerxeber.az "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, seçicilərin 54%-i tariflərə qarşı çıxır, yalnız 42%-i isə onları dəstəkləyir.
Bundan əlavə, amerikalıların dörddə üçü hesab edir ki, bu tariflər mal və məhsulların qiymətinin artmasına səbəb olacaq.