Qrenlandiyanın yeni Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın açıqlamasına reaksiya verərək, adanın ABŞ-ın mülkiyyətinə keçəcəyini təkzib edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş nazir özünün feysbuk səhifəsində yazıb.
"ABŞ Qrenlandiyanı almayacaq. Biz heç kimə aid deyilik. Gələcəyimizi özümüz müəyyən edirik. ABŞ Prezidentinə Qrenlandiyanın bizim olduğunu aydın və sakit şəkildə göstərməliyik", - deyə Nilsen qeyd edib.
Baş nazir əlavə edib ki, adanın sakinləri Trampın bəyanatlarından qorxmamalıdırlar. Onun sözlərinə görə, bu cür bəyanatlar sakit, ləyaqət və birlik ilə qəbul edilməlidir.
Bir gün əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Qrenlandiyanı əldə etmək məqsədinə nail olacaq. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun hərbi güc tətbiq etmədən bunu edə biləcəyi ehtimalı yüksəkdir.