Xəzər Xəbər

Neft və yağ emalı fabrikində partlayış baş verib

Dünya | 18:53 • 29 Mart 2025
Neft və yağ emalı fabrikində partlayış baş verib

Türkiyənin İzmir vilayətində fabrikdə partlayış baş verib. Hadisə nəticəsində fabrik işçilərindən biri ölüb, dördü isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, partlayış İzmirin Aliağa rayonundakı sənaye zonasında fəaliyyət göstərən tullantı yağlar və neft məhsullarının emalı fabrikində olub. Hadisədən sonra fabrikin binasında başlayan yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti