Xəzər Xəbər

Myanmada ölənlərin sayı 1000 nəfəri ötdü YENİLƏNİB

Dünya | 09:39 • 29 Mart 2025
Myanmada ölənlərin sayı 1000 nəfəri ötdü

Myanmada ötən gün baş verən güclü zəlzələdə ölənlərin sayı artaraq 1002 nəfərə çatıb.

Xezerxeber.az verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb.

Bundan başqa 2376 nəfər yaralanıb, azı 30 nəfər itkin düşüb.

Bildirilir ki, zərərçəkənlərin əksəriyyəti Myanmanın ikinci böyük şəhəri və zəlzələnin episentrinə ən yaxın olan Mandalayda qeydə alınıb.

Xilasedicilər Myanma və Tailandda axtarış-xilasetmə işlərinə davam edirlər.

09:11

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb. 

Qeyd edək ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.

Xəbər lenti