Xəzər Xəbər

Tramp: Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır

Dünya | 09:03 • 29 Mart 2025
Tramp: Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır

“Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır”.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Qrenlandiya üzərində nəzarət təkcə ABŞ deyil, bütün dünya üçün sülh məsələsidir.

"Qrenlandiya boyunca hər yerdə döyüş gəmiləriniz var. Biz buna imkan verməyəcəyik. Qrenlandiyaya nəzarətimiz olmasa, böyük beynəlxalq təhlükəsizlikdən danışa bilmərik”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vans və xanımı Uşa Vans Qrenlandiyaya səfər ediblər.

Xəbər lenti