Rusiyanın "Şimal" qoşun qruplaşmasının döyüşçüləri Kursk vilayətinin Qoqolevka kəndinə nəzarəti ələ keçiriblər.
Xezerxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Hücum əməliyyatları zamanı "Şimal" qoşun qruplaşmasının bölmələri Qoqolevka yaşayış məntəqəsini nəzarət altına alıb", - deyə nazirlikdən bildirilib.