Myanmarda ard-arda iki güclü zəlzələ olub. Zəlzələlərdən biri Rixter cədvəli ilə 7.7 digəri isə 6.4 bal gücündə olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Tədqiqat Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar o qədər güclü olub ki, qonşu Taylanda və regionun başqa ərazilərində də hiss olunub. Taylandı paytaxtı Banqkokda insanlar yüksəkmərtəbəli binalardan kütləvi şəkildə təxliyə olunur. Şəhərdə bir binanın çökdüyü barədə xəbərlər yayılıb.
İlk zəlzələnin episentri Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə qeydə alınıb.
Bu arada Çinin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC), 7.9 bal gücündə zəlzələdən xəbər verib və yeraltı təkanların Yunnan əyalətində hiss olunduğunu açıqlayıb.
Dağıntılar və itkilər barədə hələ ki məlumat verilmir.