Xəzər Xəbər

Qırğızıstanda gün ərzndə ikinci zəlzələ baş verdi

Dünya | 10:35 • 28 Mart 2025
Qırğızıstanda gün ərzndə ikinci zəlzələ baş verdi

Qırğızıstanın Özbəkistanla həmsərhəd olan cənub Cəlalabad vilayətində episentrdə daha bir zəlzələ baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya İnstitutu xəbər verib.

Bildirilir ki, zəlzələnin ocağı Qırğızıstan ərazisində (Çatkal silsiləsi) Tegirmen-Suu kəndindən 10 km şimal-qərbdə, Kerbən şəhərindən (Cəlalabad vilayətinin rayon mərkəzi) 25 km şimal-qərbdə yerləşib. Episentri 18 km dərinlikdə olan təkanların maqnitudası 3.5 bal təşkil edib.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, təbii fəlakət nəticəsində xəsarət alanlar və dağıntılar yoxdur.

Bu, 28 mart tarixində Qırğızıstan ərazisində hiss olunan ikinci zəlzələdir. Birincisi Qazaxıstanla sərhəd bölgəsində baş verib. Onun episentrdə maqnitudası 5.5 bala çatıb.

Xəbər lenti