Xəzər Xəbər

Rusiyadan Ermənistana: " İki stulda oturmaq mümkün olmayacaq"

Dünya | 12:00 • 27 Mart 2025
Rusiyadan Ermənistana: " İki stulda oturmaq mümkün olmayacaq"

Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, iki stulda oturmaq mümkün olmayacaq.

Overçuk vurğulayıb ki, İrəvan Avropaya doğru irəliləyirsə, o zaman Rusiya ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazımdır.

Qeyd edək ki, Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanunu yekun oxunuşda qəbul edib. (APA)

Xəbər lenti