ABŞ bütün idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etməyi planlaşdırır.
Xezerxeber.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, bizim avtomobil sənayemiz əvvəllər olmadığı kimi çiçəklənəcək”, - deyə o qeyd edib.
Tariflərin Meksika və Kanada təchizat zəncirindən asılı olan sektoru hədəf alacağı proqnozlaşdırılır və avtomobil qiymətlərini artıra biləcəyi ehtimal edilir.
Tariflər aprelin 2-dən qüvvəyə minəcək və ABŞ-yə idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.