Xəzər Xəbər

Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

Dünya | 22:29 • 26 Mart 2025
Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

Biz Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “The Vince Show” verilişinə müsahibəsində deyib.

O, ada sakinlərinin ABŞ vətəndaşlığını istəmələri ilə bağlı məlumatsız olduğunu bildirib. ABŞ Prezidenti milli təhlükəsizlik səbəbindən ölkənin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 28-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens Qrenlandiyaya səfər edəcək və ABŞ hərbi bazasına baş çəkəcəklər. Bu səfər Qrenlandiyada ciddi narazılıq yaradıb.

Xəbər lenti