Xəzər Xəbər

Fransızların 42%-i ölkənin vətəndaş müharibəsi ilə üzləşəcəyini hesab edir

Dünya | 09:48 • 26 Mart 2025
Fransızların 42%-i ölkənin vətəndaş müharibəsi ilə üzləşəcəyini hesab edir

Fransa İctimai Rəy İnstitutu (IFOP) və “Agir Ensemble” qrupunun birgə apardığı sosial sorğuların nəticələrinə görə fransızların 42%-i düşünür ki, Fransa vətəndaş müharibəsi ilə üzləşəcək.

Nəticələrə əsasən “Le Figaro” ölkədə sosial əlaqələrin pozulması, islamçı təhdid forması düşüncəsi və Amerika təcridizmi ilə balğlı görünməmiş qorxunun olduğunu təsdiqləyib.

Fransızlar sosial birliyin təhlükə olmasından daha çox qorxurlar. Sosial sorğuda fransızlar ölkənin daxili vəziyyəti ilə bağlı daha çox narahat olduqlarını ifadə ediblər.

Hər on fransızdan 8-i son iyirmi ildə sosial əlaqələrin möhkəmliyini itirdiyinə inanır. Eyni rəqəm zorakılığın səviyyəsinin artdığını hesab edir. IFOP-un baş direktoru Frederik Dabinin sözlərinə görə, ümumilikdə gələcəklə bağlı narahatlıq görünməmiş səviyyəyə çatıb.

Parçalanma və islamçılıq qarşısında milli birliyi qiymətləndirməyi hədəfləyən bu sorğu martın 26-da Parisdə “Dome de Paris” adlanan İdman Sarayında keçirilməsi planlaşdırılan tədbir ərəfəsində reallaşdırılıb. Tədbirdə həm 1905-ci ildə dünyəvilik haqqında qanunun qəbulunun 120 illiyi, həm də “islamçı”ların hücumlarının 10 illiyi qeyd ediləcək.

Mütəmadi olaraq sinfi şüurun tənəzzülündən danışılsa da, sorğu göstərir ki, fransızların 56%-i özünü bir sosial təbəqəyə aid hiss edir. Bu göstərici 1987-ci ildə müşahidə olunan göstərici ilə eynidir və 1960-cı illərin ortalarında qeydə alınan göstəricilərə çox yaxındır: 1964-cü ildə 61% və 1967-ci ildə 59%.

Orta təbəqədə hər hansı bir sinfə aidiyyət hissi əhəmiyyətli dərəcədə azalıb (müdirlər və rəhbər işçilər arasında -12 bal). Məmurlar arasında isə bu hiss 9 bal, fəhlələr araslnda isə daha məhduddur - 5 baldan 53%-ə qədərdir.

Sorğuda iştirak edənlərin 64%-i sinfi mübarizənin bu gün Fransa cəmiyyətində reallıq olduğuna inanır. Bu 1967-ci illə müqayisədə təxminən 20 bal çoxdur. (AZƏRTAC)

Xəbər lenti