İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib.
Xezerxeber.az “Haber Global”a istinadən xəbər verir ki, onlar Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Əli Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır.
Adı çəkilən şəxslər silahlı terror təşkilatına yardımda ittiham edilirlər.