Xəzər Xəbər

Suriya "Hizbullah"a qarşı tədbirlər görəcəyinə söz verib

Dünya | 09:23 • 17 Mart 2025
Suriya "Hizbullah"a qarşı tədbirlər görəcəyinə söz verib

Suriyanın keçid hökumətindəki Müdafiə Nazirliyi sərhəddəki insidentdən sonra Livanın "Hizbullah" hərəkatına qarşı "bütün lazımi tədbirləri görəcəyini" bildirib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib. 
"Bazar günü Zeita bəndi yaxınlığında 3 Suriya əsgərini pusquya salan və qaçıran "Hizbullah" qüvvələrinin təhrik etdiyi son dərəcə təhlükəli eskalasiya fonunda bütün lazımi tədbirləri görəcəyik. Bundan sonra əsgərlər Livana aparılaraq edam edilib", - deyə Suriya Müdafiə Nazirliyi bildirib.

Öz növbəsində, “Əl Vətən” qəzeti hərbi mənbələrə istinadən bildirib ki, Suriya ordusu “ağır artilleriya”dan istifadə etməklə Livanın şimalında “Hizbullah”ın yerləşdiyi məntəqələri atəşə tutub.

Xəbər lenti