Xəzər Xəbər

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Dünya | 13:25
Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya Nazirlər Kabinetinin cümə günü açıqladığı qərara əsasən, Rusiyada 11 fiziki şəxsə və 54 şirkətə, eləcə də bəzi digər ölkələrdə onlarla şirkətə qarşı sanksiya tətbiq edib.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin, Yaponiya yanvarın 23-dən etibarən kiçik motosiklet və kranlar kimi xüsusi təyinatlı avtomobillər üçün komponentlər də daxil olmaqla daha 335 növ malın Rusiyaya ixracını qadağan edəcək.

Xatırladaq ki, Yaponiya hökuməti Ukrayna ilə müharibəyə başlayandan sonra Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib.

Xəbər lenti