Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasını müzakirə edəcək.
Xezerxeber.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu məsələ üzrə diskussiyaların hökumətin bugünkü iclasında keçirilməsi nəzərdə tutulur.
Ermənistanın baş naziri Nikol Paşinyan məsələyə münasibət bildirib.
O, bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.