2025-ci ilin yanvar ayına olan məlumata görə, Türkiyədə rəsmi olaraq 168 siyasi partiya fəaliyyət göstərir.
Xezerxeber.az bu barədə Türkiyə Ali Məhkəməsinin məlumatlarına istinadla xəbər verir.
Üzvlərin sayına görə ölkədə aparıcı siyasi qüvvə sıralarında 11 milyon 135 min 305 ölkə vətəndaşının olduğu hakim Ədalət və İnkişaf Partiyasıdır (AK Parti).
Sonrakı yerdə 1 milyon 531 min 944 üzvü olan Cümhuriyyət Xalq Partiyası (CHP) qərarlaşıb.
Milliyyətçi Hərəkət Partiyası (MHP) 495 min 447 Türkiyə vətəndaşını birləşdirir.
Türkiyə parlamentində təmsil olunan digər əsas siyasi partiyalar: “İyi” Partiyası - 412 min üzv, Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM Parti) - 14 min 741 üzv, “Səadət” Partiyası - 232 min 928 üzv.
“Yeniden Refah” Partiyasının sıralarında 622 min 847 Türkiyə vətəndaşı, Demokrat Partiyasının - 326 min 54 üzv, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) - 134 min 25 üzvü var, “Büyük Birlik” Partiyası ətrafında isə 111 min 7 üzv birləşib.
Qeyd edək ki, hazırda Türkiyə Konstitusiya Məhkəməsi üzvləri 14 min 539 ölkə vətəndaşı olan Xalqların və Demokratiya Partiyasının (HDP) bağlanması ilə bağlı müraciətə baxır.
Qurulmuş ənənəyə uyğun olaraq, Türkiyə Ali Məhkəməsi hər ilin əvvəlində ölkənin siyasi partiyaları haqqında məlumatları yeniləyir, onları rəsmi internet saytında ictimaiyyətə açıqlayır.