Xəzər Xəbər

Rusiyada bakalavr pilləsi ləğv olunur

Dünya | 15:35 • 7 Yanvar 2025
Rusiyada bakalavr pilləsi ləğv olunur

Rusiyada ali təhsilin bakalavriat pilləsi ləğv olunur. Belə ki, 2026-cu ildə sentyabrın 1-dən etibarən Rusiyada ali təhsil ocaqları yeni təhsil sisteminə qədəm qoyacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya KİV ölkənin Təhsil və Elm Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, həmin müddətə kimi qurum bütün lazımi normativ hüquqi aktları hazırlayacaq və təsdiq edəcək.

RF Təhsil və Elm Nazirliyindən onu da qeyd ediblər ki, hazırda mövcud təhsil proqramları (ixtisaslar) üzrə təhsil olan tələbələr hazırkı sistemlə məzun olacaqlar və dəyişiklik onlara şamil olunmayacaq.

Xəbər lenti