Şimali Koreya şərq suları istiqamətində ortamənzilli ballistik raket buraxıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələri açıqlama yayıb. Bu, Koreya Xalq Demokratik Respublikasının (KXDR) 2025-ci ildə ilk raket sınağıdır. Raketin buraxılışı yerli vaxtla saat 12:00 radələrində baş tutub.
Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.
Qeyd edək ki, Şimali Koreyanın raket buraxılışı ABŞ dövlət katibi Antoni Blinkenin Seula gözlənilən səfəri ərəfəsində baş verir.