Xəzər Xəbər

Avropa Komissiyasının Prezidenti bütün görüşlərini ləğv edib

Dünya | 15:10 • 4 Yanvar 2025
Avropa Komissiyasının Prezidenti bütün görüşlərini ləğv edib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen səhhəti ilə əlaqədar bütün görüşlərini ləğv edib.

“Bild” qəzeti yazır ki, o, pnevmaniyaya yoluxduğu üçün yanvarın ilk iki həftəsi ərzində görüşlərini ləğv etməli olub. Ləğv edilən tədbirlər arasında Polşanın Avropa Şurasında sədrliyə başlaması ilə əlaqədar Qdanska planlaşdırılan səfər də var.

Onun öz vəzifələrini Hannoverdən icra etdiyi, səhhəti yaxşılaşdıqda yanvarın ortalarından etibarən Brüsseldəki ofisində fəaliyyətini davam etdirəcəyi bildirilib.

Altmış altı yaşlı Ursula Fon der Lyayen 2019-cu il dekabrın 1-dən Avropa Komissiyasının Prezidentidir.

Xəbər lenti